"Duz istehsalına görə Masazır gölünün palçığı kurort müalicəsində istifadə edilmir"
“Masazır gölünün palçığı 40 il müddətində kurort müalicəsində geniş istifadə olunsa da, son 10 ildə göldə duz istehsal edildiyindən bu işlər həyata keçirilmir”.
Marja xəbər verir ki, bu, Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Azərbaycanda sağlamlıq turizmi – cari vəziyyət və inkişaf perspektivləri” adlanan hesabatda bildirilir.
Hesabatda qeyd edilib ki, Azərbaycanda palçıq vulkanları tektonik inkişafdan asılı olaraq, Qobustanda, Abşeron yarımadasında, Abşeron arxipelaqında, Cənub-Şərqi Şirvan düzündə, Şamaxı rayonunda, Ağsu çayının aşağı axarında, az miqdarda Siyəzən və Şabran rayonlarında yayılıb. Azərbaycanda 350-dən çox palçıq vulkanı mənbələri var ki, bunların da kimyəvi və üzvi tərkibinin zənginliyi onların müalicə məqsədilə istifadə olunmasına imkan verir:
“Vulkan palçıqlarının hamısı müalicə məqsədilə istifadə oluna bilməz. Onların tərkibində üzvü birləşmələrin, yod, brom, hidrogen sulfidin, naftenlərin miqdarı çox olduqda müalicə üçün yararlı hesab edilir. Müalicəvi palçıq əsasən lil palçığı (Masazır və Zığ gölünün palçıqları) və təpə (vulkan) palçıqları hesab olunur. Azərbaycanda 9 vulkanın müalicəvi tərkibinin təsdiq olunmasına baxmayaraq, onlardan müalicəvi məqsədlər üçün məhdud istifadə edilir. Yuxarıda qeyd edildiyi kimi Masazır gölünün palçığı 40 il müddətində kurort müalicəsində geniş istifadə olunsa da, son 10 ildə göldə duz istehsal edildiyindən bu işlər həyata keçirilmir.
Bahar, Axtarma-Paşalı, Axtarma-Qaradağ, Masazır, Mişovdağ, Otmanbozdağ, Kənizdağ, Şorbulaq, Babazənən, Qaynarca, Perşkül, Daşgil – ümumilikdə, 40-a yaxın vulkan palçığının müalicəvi xüsusiyyətləri öyrənilib və biokimyəvi analizlərlə təsdiqini tapıb. Ölkədə müalicəvi baxımdan ən çox öyrənilmiş AxtarmaQaradağ, Daşgil, Bahar, Masazır, Babazənən, Qaynarca vulkan palçıqlarının tərkibində brom, yod, naften, bor və digər üzvü birləşmələrin çox olmasına görə Gürcüstanın palçıq kurortu olan Axtala mənbəyinə oxşardır, üzvi tərkibinə görə isə daha zəngindir. Eyni zamanda, Şimali Qafqazdakı Tabukan gölü və Krımdakı vulkan palçıqlarından müalicəvi təsirlərinə görə üstündür”.
Vulkan palçığı əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində istifadə olunur. Vulkan palçıqlarının hamısından təbabətdə istifadə olunmur və müalicəvi məqsədlə istifadəsi tibbi cəhətdən təsdiqlənməlidir. Vulkan palçığı müalicə vasitəsi olaraq kurortdan kənar şəraitdə müxtəlif xəstəxanalarda istifadə olunur. Palçıq vulkanlarından istifadə təcrübəsi Krımda (Yevpatoriya), Rusiyada (Şimali Qafqazda Tambukan gölü) və Yeni Zelandiyada mövcuddur.
Hesabatda bildirilir ki, ölkədə 350-dən çox palçıq vulkanı və palçıq təzahürlərinin geniş yayılması, müalicəvi xüsusiyyətlərinin beynəlxalq səviyyədə təsdiq olunmasına baxmayaraq bu sahə üzrə ixtisaslaşdırılmış müalicə-sağlamlıq mərkəzləri fəaliyyət göstərmir: “Palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturunun yaradılması layihəsi “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-na uyğun olaraq DTA tərəfindən hazırlanmışdır. Bu layihə Abşeronun cənubu və Qobustan ərazisində olan bir çox palçıq vulkanlarını əhatə edir. Layihə 12 min m2 ərazidə olan 14 palçıq vulkanlarından turizm məqsədilə istifadəyə əsaslanır. Layihə çərçivəsində infrastrukturun yaradılması, palçıq vannaları və təcrübə mərkəzinin təşkili, turizm fəaliyyətləri üçün müvafiq yerlərin ayrılması planlaşdırılmışdır. Burada turizm məqsədli istirahət yerləri, turizm mərkəzi, baxış nöqtəsi, turist cığırları, zıplayn, kvadrosıkl yolları və s. təşkili nəzərdə tutulur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
9 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
15 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
23 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 31 d. əvvəl
- 32 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 38 d. əvvəl
-
41 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 44 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Ən çox oxunanlar
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq

























