Azərbaycanda ilk dəfə bu məhsulun istehsalı həyata keçiriləcək - MÜSAHİBƏ
Bakıda kartof fri və çipsi istehsalı müəssisəsinin təməli qoyulduİyulun 8-də AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidentlərindən biri olan “TAK NOOSH GROUP” MMC-nin istehsal sahəsinin təməlqoyma mərasimi keçirilib.
Marja xəbər verir ki, tədbirdə AMEA prezidenti, akademik Ramiz Mehdiyev, AMEA Rəyasət Heyətinin nümayəndələri və digər əlaqədar şəxslər iştirak ediblər.
YT Parkda kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsinin icrasını nəzərdə tutan “TAK NOOSH GROUP” MMC müasir texnologiyaların tətbiqi ilə yeni emal müəssisəsinin yaradılmasını hədəfləyir, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalını planlaşdırır.
“TAK NOOSH GROUP” MMC-nin direktoru Ramin Tabibian texnoparkda həyata keçiriləcək investisiya layihəsi, idxal məhsullar ilə uğurla rəqabət apara biləcək layihənin üstünlükləri, görülən işlər, eləcə də perspektivdə nəzərdə tutulan tədbirlər barədə suallarımızı cavablandırıb.
- Ramin müəllim, ölkəmizdə sahibkarlar üçün yaradılan əlverişli investisiya mühiti nəticəsində bu yaxınlarda YT Parkın Ekspertlər Şurasının qərarı ilə texnoparka yeni rezident kimi qəbul olunmusunuz. “TAK NOOSH GROUP” MMC-nin YT Parkda reallaşdırılacaq investisiya layihəsi haqqında məlumat verməyinizi istərdik.
- Əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunması iqtisadi siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir. İstehsalat iki məhsul – kartof fri və çipsi üzrə həyata keçiriləcək. Layihənin icrası zamanı həm keyfiyyəti, həm də istehsal gücü yüksək olan Almaniya istehsalı avadanlıqlardan istifadə olunması nəzərdə tutulub. Kartof çipsi istehsal edən avadanlıq bir saat ərzində 1000 kq xammal istifadə edərək 300 kq, kartof fri avadanlığı isə 500 kq xammal istifadə edərək 200 kq hazır məhsul istehsal etmək potensialına malikdir. Hər iki avadanlığın uzunluğu 47 metr, hündürlüyü 5 metr təşkil edir. Avadanlıqların hər biri steril şəraitdə fəaliyyə göstərir və insan əli dəymədən paketlənir. Bu kimi üstünlüklər sayəsində idxaldan asılılığın azaldılmasına dəstək verməyi hədəfləyirik. Eyni zamanda qonşu ölkələrə məhsul ixracını planlaşdırırıq.
- Kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəniz hansı üstünlüklərə malikdir? Daxili bazarda şirkətinizə rəqib müəssisə mövcuddurmu?
- Hazırda Azərbaycanda kartof fri istehsalı həyata keçirən şirkət fəaliyyət göstərmir. “TAK NOOSH GROUP” MMC Azərbaycanda ilk dəfə bu məhsulun istehsalını həyata keçirəcək. Daxili bazarın tələbatını ödəmək və məhsulun ixracını təşkil etmək əsas hədəflərimizdəndir.
- “TAK NOOSH GROUP” MMC tərəfindən yerli istehsalın idxal məhsullar ilə uğurla rəqabət apara bilməsi, təsərrüfatın imicinin lazımi səviyyədə saxlanılması və istehlakçıların inamının qazanılması üçün hansı tədbirlər həyata keçirilir?
- Qeyd etdiyimiz kimi, istifadə edilən avadanlıqlar yüksək texnologiyalı xarici cihazlar olduğundan və Avropa standartlarına cavab verdiyindən xarici bazarlara da asanlıqla daxil olmaq mümkün olacaq. Azərbaycan bazarında istehsalçı etimadı qazanmağı qarşısına məqsəd qoymuş “TAK NOOSH GROUP” MMC keyfiyyətli məhsul istehsal edərək idxaldan asılılığı azaltmağa dəstək verəcək, bu məhsullarla yüksək səviyyədə rəqabət apara biləcək. Avadanlıqların keyfiyyəti ilə yanaşı, istifadə olunan xammalda da yüksək keyfiyyətli məhsullardan istifadə olunacaq. Eyni zamanda qablaşdırma prosesində müasir tələblərə cavab verən texnologiyalar tətbiq olunacaq.
- Məlumdur ki, AMEA-nın Botanika İnstitutu ilə əməkdaşlıq çərçivəsində kartof fri və çipsi üçün yararlı kartof növünün yetişdirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə hansı işlər görülür?
- Bəli, hazırda Botanika İnstitutu ilə əməkdaşlıq məqsədilə ən əlverişli kartof növünün araşdırılması istiqamətində işlər görülür. Bu işlər yekunlaşdırıldıqdan sonra əməkdaşlıq üçün müraciət olunacaq.
- Bildiyimiz kimi, layihədə uşaqlar üçün də xüsusi kateqoriya üzrə çipsi və frilərin hazırlanması planlaşdırılır. Bu kateqoriya üzrə hazırlanan məhsullar keyfiyyət baxımından nə kimi üstünlüklər təklif edir?
- Uşaqlar üçün tam təbii, qoruyucu və qatqılardan istifadə olunmadan, zərərsiz yağlardan istifadə etməklə sağlamlığa zərər yetirməyən və ekoloji təmiz xüsusi kateqoriya üzrə kartof çipsi və frilərin hazırlanması nəzərdə tutulur.
- Gələcəkdə daha hansı sahələr üzrə YT Parkla birgə layihələrin icrası planlaşdırılır?
- Kartof fri və çipsi ilə bağlı investisiya layihəsi reallaşdırıldıqdan sonra yeni layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.
- Müsahibə üçün təşəkkür edirik.
Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) yerli və xarici şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmağı hədəfləyir. Texnopark ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlər tətbiq olunur.
Sahibkarlara infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya xidmətləri ilə bağlı güzəştlər tətbiq olunur ki, bu da onların daha səmərəli fəaliyyət göstərmələrinə, müəyyən kommunal ödəmələrdən azad olmalarına imkan yaradır.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
10 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO






















