Qətərin “Nebras Power” şirkəti Azərbaycana sərmayə yatırmaqda maraqlıdır - GÖRÜŞ KEÇİRİLİB
Energetika naziri “Nebras Power” şirkətinin baş icraçı direktoru ilə görüşübEnergetika Nazirliyində nazir Pərviz Şahbazov və Qətərin “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Mohammed Jolo arasında görüş keçirilib.
Görüşdə “Nebras Power” şirkətinin fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr və bərpa olunan enerji sahəsində təcrübəsinə dair məlumat verilib. Bərpa olunan enerji sahəsində ölkəmizdə həyata keçirilən islahatlar, yaxın gələcəkdə təşkili planlaşdırılan “yaşıl enerji” hərracları barədə danışılıb, külək enerjisi, o cümlədən dənizdə külək enerjisi və hidroenerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Energetika sahəsində uzunmüddətli investisiyalar həyata keçirən “Nebras Power” şirkətinin Azərbaycanda enerji layihələrində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı imkanları barədə müzakirələr aparılıb, şirkətin ölkəmizə sərmayə yatırmaqda maraqlı olduğu bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
7 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
13 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
21 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 29 d. əvvəl
- 30 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 36 d. əvvəl
-
39 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 42 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Ən çox oxunanlar
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq



























