Apple bazar dəyəri 3 trilyon dolları keçən ilk şirkət oldu
ABŞ texnologiya nəhəngi Apple-ın birjada dəyəri 3 trilyon dolları keçib.Covid-19 epidemiyasının başladığı 2020-ci ildən bəri səhmləri 3 dəfədən çox bahalaşan Apple-ın bazar dəyəri bazar ertəsi günü 3 faizə yaxın bahalaşıb.
Marja xəbər verir ki, 2022-ci ilin ilk ticarət günündə şirkətin bir səhminin qiyməti 182,88 dollara yüksəlib.
Şirkətin bazar kapitallaşması gün ərzində 3 trilyon dollara çatıb. Beləliklə, Apple 3 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət olub.
Apple-ın ardınca 2,5 trilyon dollarlıq bazar kapitalı ilə Microsoft və 1,9 trilyon dollar bazar dəyəri ilə Google-un ana şirkəti "Alphabet" gəlir.
Bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara çatan Apple, 19 avqust 2020-ci ildə 2 trilyon dollar bazar dəyərinə çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
5 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
7 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
8 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
9 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
9 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir

























