Azərbaycana daxil olan valyuta çıxanı kəskin üstələyib - 1,6 MİLYARD DOLLARLIQ PROFİSİT
2022-ci ilin 1-ci rübü üzrə Azərbaycanın tədiyyə balansının müsbət saldosu 1 milyard 572 milyon dollar təşkil edib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin eyni dövründə Azərbaycanın tədiyyə balansının müsbət saldosu 325,9 milyon dollar təşkil etmişdi. Beləliklə, müsbət saldo 4,8 dəfə artıb.
Mərkəzi Bank qeyd edib ki, 2022-ci ilin 1-ci rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdir. Cari əməliyyatlar balansında 4 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.2 milyard dollar kəsir yaranmış, ehtiyat aktivləri təxminən 1.6 milyard dollar artmışdır.
Bu dövrdə xam neftin orta qiyməti 87 dollar/barel olmuş, qeyri-neft ixracı isə 54.7% artaraq 708 milyon dollar səviyyəsində formalaşmışdır.
Cari əməliyyatlar hesabı
2022-ci ilin 1-ci rübü üzrə cari əməliyyatlar hesabının profisiti 4 milyard dollar və ya ÜDM-in 22.4%-ni təşkil etmişdir (2021-ci ilin 1-ci rübü üzrə 628 milyon dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏBin profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 2.9 dəfə artaraq 5.5 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 18.2% artaraq 1.5 milyard dollar məbləğində olmuşdur.
Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Ölkədən çıxan valyutanın ölkəyə daxil olan valyutanı üstələməsinin nəticəsində kəsir, əks halda isə profisit yaranır.
Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxildəki məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir. Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramır və idxal yenidən artır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 d. əvvəl
- 12 d. əvvəl
-
18 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
25 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
33 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 41 d. əvvəl
- 42 d. əvvəl
-
44 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 48 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Rəsmi məzənnələr açıqlandı
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Ən çox oxunanlar
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır





















