"Neftin ucuzlaşması bizə çox mənfi təsir edir, istehlak 60%-dək azalıb"
"İqtisadi böhran 3-4 ay sonra çox daha dərin olacaq".Neft-kimya məhsullarının istehlak kəskin azalıb.
Marja xəbər verir ki, bunu Anadolu agentliyinə müsahibəsində "SOCAR Türkiyə" şirkətinin rəhbəri Zaur Qəhrəmanov bildirib.
Zaur Qəhrəmanov söyləyib ki, istehlakda azalma 60%-ə çatır:
"Star neftayırma zavodumuz tam gücü ilə işləməyə başlamışdı. Təəssüf ki, Covid-19 bizim layihələrimizə də təsir edir. Bu anda ən əhəmiyyətli mövzu istehlakdır. SOCAR olaraq biz 15 ölkədə çalışırıq və istehlakda 50-60%-ə çatan azalma yaşanır. Uçuş qadağaları səbəbilə reaktiv yanacaq istehlakı da çox azalıb. Yeni bir neftayırma zavodu olduğu üçün sahib olduğumuz texnologiya bizə istehsal elastikliyi təmin edir. Biz də reaktiv yanacağı istehsalımızı mart ayından dizelə çevirdik. Dizel istehlakında da son bir ayda 15% azalma olub. Karantin davam etdiyi müddətdə bu azalma davam edəcək. Hesablamalarımıza görə, istehlakdakı azalma 40%-ə çatsa bizim də neftayırma zavodunun istehsalını 10-15% azaltmağımız lazım olacaq. Təbii ki, olmamasını ümid edirik, amma hər cür ssenariyə hazırıq. Bizim bir üstünlüyümüz də neftayırma zavodumuzun neft-kimya qolunun olmasıdır. Neft-kimya təsisimizdə istehsal bu anda yaxşı gedir. Amma bütün istehsalımıza baxdığımızda bu vəziyyət 2-3 ay daha davam etsə, bizim də bəzi addımlarımızı atmamız lazım olacaq".
Həmçinin oxu
SOCAR böyük sərmayə qərarını təxirə saldıQəhrəmanov, "son günlərdə tibbi ləvazimatlar istehsalçılarının xammal ehtiyacı artıb" deyərək sözlərinə belə davam edib:
"İndiyə qədər bu tələblərin hamısını biz qarşıladıq və bundan sonra da qarşılamağa davam edəcəyik. Neft-kimya istehsalımızın 50%-ini Almaniya, İtaliya, İspaniya başda olmaq üzrə Avropa ölkələrinə ixrac edirdik, amma bu ölkələr Covid-19-dan ən çox zərbə alan ölkələrdir. Buna görə, bizim ixrac istiqamətimiz dəyişdi və Şərq ölkələrinə yönəlmişik. Ümid edirik ki, Covid-19-dan sonra köhnə bazarlarımıza dönə bilərik, lakin bu müddətdə yeni yollar axtarmağımız lazımdır. Yeni bir dünyada yaşayırıq. Covid-19-dan sonra iqtisadi və siyasi baxımdan da çox yeni bir dünyada yaşayacağıq. Biz də buna hazır olmalıyıq. İqtisadi böhran 3-4 ay sonra çox daha dərin olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
19 d. əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
1 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
1 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
2 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
























